Gündəm / Siyasət

Keçmiş məmurların BİZNES YENİLİKLƏRİ - FOTO

Keçmiş məmurların BİZNES YENİLİKLƏRİ - FOTO

"Kanal14.az" "DogruXeber.az"a istinadən xəbər verir ki, Keçmiş mədəniyyət naziri Əbülfəs Qarayev və Milli Məclisin sabiq deputatı Hüseynbala Mirələmovun 2004-cü ildə Panamada qeydiyyatdan keçirdikləri şirkət fəaliyyətini dayandırıb. Panama mənbələrinə görə RİMBA S.A.-nın statusu "vigente"dən (aktiv) 'suspendido"ya keçib, yəni ləğv edilib.

Keçmiş məmurların BİZNES YENİLİKLƏRİ - FOTO

Şirkətlə bağlı ilk məlumat 2020-ci il parlament seçkiləri ərəfəsində yayılıb, bundan bir ay sonra 15 il deputat mandatı daşımış Hüseynbala Mirələmovun seçkiyə qatıldığı dairənin nəticələri ləğv olunub.
Həmin ilin mayında isə DTX Əbülfəs Qarayevin rəhbəri olduğu Mədəniyyət Nazirliyində əməliyyat keçirdi, bir neçə yaxın adamı həbs edildi, özü isə vəzifəsindən azad edildi.
Mirələmov ötən il biabırçı videosu ilə bir daha gündəmə gəlmişdi, görüntülər hətta ABŞ televiziyalarında da yayılmışdı.

Qeyd edək ki, bu barədə məlumatı araşdırmaçı jurnalist Cavanşir Həsənli şəxsi facebook hesabında paylaşıb.

Redaksiyamız hərkəsinsöz haqqını tanıyır !

DogruXeber.az