"Kanal14.az" xəbər verir ki, bunu bu gün keçirilən mətbuat konfransında Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi İsmayıl Axundov deyib.

O bildirib ki, bundan sonra İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiya ilə bir sıra məsləhətləşmələr aparılıb:

"Bu məsləhətləşmələrə uyğun olaraq, bu gün niyyət protokolu imzalanıb. Bu protokola uyğun olaraq Dövlət Komissiyasına Beynəlxalq Komissiya tərəfindən müvafiq yardım göstərəcək”.