Kürdəmir Rayon İcra Hakimiyyətində (RİH) yeni təyinat olub.

"Kanal14.az"ın əldə etdiyi məlumata görə, bununla bağlı icra başçısı Elxan İbrahimov əmr imzalayıb.

Əmrə əsasən, Ceyhun İsmayılov Kürdəmir RİH-nin başçısının köməkçisi vəzifəsinə təyinat alıb.

Xatırladaq ki, E.İbrahimov Prezident İlham Əliyevin 18 fevral tarixində imzaladığı sərəncamla Kürdəmir rayonunun icra başçısı təyin edilib.