Vladimir Putin Ukraynanı ələ keçirməyə cəhd edərkən fəlakətli səhvlərə yol verib.

"Kanal14.az"ın BBC-yə istinadən verdiyi xəbərə görə, bunu Böyük Britaniyanın Baş Qərargah rəisi admiral Toni Radakin bildirib. 

Radakin bir daha təsdiqləyib ki, Putin Rusiya ordusunun hərbi qüdrəti ilə bağlı aldadılıb.

"Biz Rusiya hərbi qüvvələrinin Kiyevdən qayıdıb həm Rusiyaya, həm də Belarusa geri çəkildiyinin ilk əlamətlərini görməyə başlayırıq. Bu, özlüyündə Rusiya üçün çətin manevrdir... Ukrayna Silahlı Qüvvələri geri çəkilən ruslara hücum edəcək".