Rusiya-Ukrayna müharibəsinin ən diqqət çəkən məqamlarından biri olan Çernobıl Atom Elektrik Stansiyasından yeni xəbər gəlib.

"Kanal14.az" xarici KİV-ə  istinadən xəbər verir ki, Ukraynada Çernobıl Atom Elektrik Stansiyasını işğal edən rus əsgərlərindən bəziləri radiasiyadan zəhərlənərək müalicə olunub. Bildirilir ki, zəhərlənən rus əsgərlər Belarusun Qomel şəhərindəki şüa müalicəsi mərkəzinə göndərilib. 

Bundan əlavə Belarusun bəzi KİV-ləri ən azı 7 avtobus dolu rus əsgərinin müalicə üçün Çernobıldan Qomelə göndərildiyini yazıb.