Gündəm / Hadisə

Şəmkirdə silahdan atəş açıldı, xəsarət alan var

Şəmkirdə silahdan atəş açıldı, xəsarət alan var

 

Şəmkir Rayon Polis Şöbəsinə martın 19-da Əliyaqublu kəndi ərazisində bir nəfərin xuliqanlıq zəminində odlu silahdan atəş açaraq rayon sakini X.Süleymanovun ayaq nahiyəsinə xəsarət yetirməsi barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Kanal14.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əməli törətməkdə şübhəli bilinən rayon sakini Y.Məhərrəmov saxlanılmış, ondan "İJ” markalı ov tüfəngi götürülüb.