Ukraynada hərbi əməliyyatlar nəticəsində 10 milyon insan yaşayış yerini tərk etməyə məcbur qalıb.

"Kanal14.az" xəbər verir ki, bu barədə məlumatı BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi paylaşıb. O bildirib ki, bu insanların bir hissəsi Ukraynanın müxtəlif bölgələrinə sığınıblar, digər hissəsi isə qonşu ölkələrə pənah aparmalı olublar.

BMT-nin apardığı statistikaya əsasən, artıq 3,4 milyon insan Ukraynanı tərk edib. Qaçqınların 90 faizini qadın və uşaqlar təşkil edirlər.