Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeriy Zalujnı Rusiya ilə Ukrayna arasında 20 günlük müharibənin yekunlarını açıqlayıb.

"Kanal14.az" xəbər verir ki, bu barədə o, "Facebook" səhifəsində yazıb. 

Zalujnı qeyd edib ki, Ukrayna Silahlı Qüvvələri öz tapşırıqlarını yerinə yetirir: "Biz təcavüzkarı dayandırmışıq, ehtiyat hissələrini yerləşdirmişik və müəyyən istiqamətlərdə əks-hücum keçirik.

 Ali Baş Komandan həmçinin əlavə edib ki, Ukrayna hərbçiləri itkilər verir. Lakin onlar düşməninkindən bir neçə dəfə azdır.