Ukrayna Müdafiə Nazirliyi 66 200 ukraynalının döyüşmək üçün xaricdən ölkələrinə qayıtdığını açıqlayıb.

"Kanal14.az" xəbər verir  ki, bu  barədə nazir Oleksii Reznikov məlumat yayıb.

Onun sözlərinə görə,  66 224 ukraynalının Rusiya təcavüzünə qarşı mübarizəyə qoşulmaq üçün xaricdən qayıtdığını bildirib.

"Hazırda minlərlə kişi xaricdən öz ölkələrini müdafiə etmək üçün qayıdıb. Ukraynalılar, biz yenilməzik", - Reznikov deyib.