Gündəm / Sosial

Pandemiya dövründə 40 milyon maska istehsal etmişik - Fabrik rəhbəri

Pandemiya dövründə 40 milyon maska istehsal etmişik
KANAL14.AZ: - Pandemiya başlayan dövrdən bu günə kimi 40 milyon maska istehsal edilib.

Bunu Trend-in sorğusuna cavab olaraq "Bakı Tekstil Fabriki" MMC-nin rəhbəri Səkinə Babayeva bildirib. Onun sözlərinə görə, bu rəqəm elə də ürəkaçan deyil, belə ki, xaricdən idxal olunan maska yerli bazara olan təlabatı aşağı salır:

"Fabrikin günlük istehsal gücü 400 min ədəd maska istehsalıdır. Hazırda ölkəmizə xaricdən də maska gətirilməsi yerli bazarda olan təlabatı azaldır. Bu səsəbdən gündəlik istehsal 250-300 min arasında dəyişir. Xaricdən gətirilən maskalar daha ucuzdur, ona görə də satış nöqtələri həmin maskalara daha çox üstünlük verirlər, ancaq insanlarımız da bilməlidirlər ki, idxal olunan maskalar virusa qarşı effektsizdir. Həmin maskalar sadə parça rolunu oynayır, heç bir təsir effektinə malik deyillər. Vətəndaşlarımız onu adi halda da seçə bilər. İdxal olunan maskaların rəngi qara, yerli bazarda istehsal olunanlar isə şəffaf rəngdədir”.

S.Babayeva əlavə edib ki, hazırda fabrikin 10 milyon xammal ehtiyatı var:

"Maska strateji məhsul olduğu üçün onun daim xammal ehtiyatı və hazır mal ehtiyatı olmalıdır. Bu səbəbdən fabrikin 10 milyon xammal ehtiyatı mövcuddur və 3-5 milyon arası daim hazır maskalarımız da var”.