Almaniyanın BMW AG avtomobil istehsalçısına məxsus Britaniyanın Rolls-Royce şirkəti Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya avtomobil tədarükünü müvəqqəti dayandırmaq qərarına gəlib.

"Kanal14.az"  xəbər verir ki, bu barədə "Forbes" jurnalı məlumat yayıb.

"Regionda vəziyyət qeyri-müəyyən olaraq qalır. Belə şəraitdə biz Rusiya bazarına avtomobil tədarükünü dayandırırıq. Biz vəziyyəti və biznesimiz üçün mümkün nəticələri qiymətləndirməyə davam edirik", - deyə  şirkətin açıqlamasında qeyd olunub. 

Bundan əvvəl Almaniyanın "Porsche" şirkəti də Rusiya bazarına avtomobil idxalını dayandırdığını bəyan etmişdi.