Gündəm / Sosial

Azərbaycan "Aİ-95" benzininin idxalını kəskin artırıb

Azərbaycan "Aİ-95" benzininin idxalını kəskin artırıb
 
 
 
 

 
 
 
 

 
 
 
 
 
 

2020-ci ildə Azərbaycan 58,615 mln. ABŞ dolları dəyərində 96 998,93 ton "Aİ-95" ("Premium") markalı avtomobil benzini idxal edib.

"APA-Economics"in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, illik müqayisədə idxal olunan benzinin həcmi 80,3%, dəyəri isə 44,2% artıb. Ötən il Azərbaycana "Aİ-95" markalı avtomobil benzininin əsas ixracatçısı Rusiya olub. Belə ki, Azərbaycanın sözügedən markalı benzin üzrə idxalının 58,5%-ni məhz Rusiyanın payına düşüb. Ötən il Rusiya ölkəyə 34,470 dollar dəyərində 56 743,48 ton benzin göndərib.