Bakının Nəsimi rayonunda yol qəzası baş verib.

"Kanal14.az" xəbər verir ki, qəza Azadlıq prospekti ilə Xaqani küçəsinin kəsişməsində baş verib.

10-PS-500 dövlət nişanlı "Mercedes Gelandewagen” markalı avtomobil "Mercedes S-Class” markalı maşına çırpılıb. Qəza nəticəsində hər iki avtomobilə ciddi ziyan dəyib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.