Hadisə

Balakəndə ağır yol qəzası — Ölən var

http://olke.az/uploads/1550121730/qezaqadin.jpg
 
Balakən rayonunda minik avtomobili yük maşını ilə toqquşub.

Hadisə rayonun Qasbinə kəndi ərazisində baş verib. "Toyota” markalı minik avtomobili və "Mercedes” markalı yük avtomobili toqquşub. Qəza zamanı minik avtomobilinin sürücüsü 1987-ci il təvəllüdlü Alqayev Samir Nürəddin oğlu aldığı xəsarətlərdən dünyasını dəyişib. 

Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünun meyitini xüsusi alətlərin köməkliyi ilə çıxara bilibər. Faktla bağlı araşdırma aparılır.