Bakıda evdən 10 300 manat pul və sənədlər oğurlayıb.

Bu barədə "Kanal14.az"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Suraxanı Rayon Polis İdarəsinin 30-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 22-də rayon ərazisindəki evlərin birindən 10 300 manat pul və sənədlər oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini M.Hüseynov saxlanılıb.