Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sosial şəbəkə hesabında Türkmənçay Müqaviləsinə dair təhrif aradan qaldırılıb.

"Kanal14.az" xəbər verir ki, Rusiya XİN-in rəsmi sosial şəbəkə səhifəsində yanlış məlumata müvafiq düzəliş edilib, "Şərqi Ermənistan” sözü çıxarılıb.

Qeyd edək ki, fevralın 22-də Rusiya XİN-in rəsmi sosial şəbəkə hesabında 1828-ci il Türkmənçay Müqaviləsi ilə bağlı təhrif olunmuş məlumat paylaşılıb. Sözügedən müqavilədə "Şərqi Ermənistan” sözünə istinad edilib. Azərbaycan XİN bununla bağlı açıqlama yayaraq Rusiyanı XİN-i bu təhrifi aradan qaldırılmağa çağırıb.