"Azərbaycan Milli Elmlər Akademiyasının Nizamnaməsinə əsasən, Ümumi yığıncağımız bu il aprel ayının sonunda keçiriləcək”.

"Kanal14.az" xəbər verir ki, bunu AMEA-nın vitse-prezidenti Rasim Əliquliyev deyib.

O qeyd edib ki, ildə bir dəfə AMEA-nın Ümumi yığıncağı keçirilir:

"AMEA-nın bu gün keçirilən Ümumi yığıncağında belə qərar qəbul olundu ki, növbəti yığıncağa qədər AMEA-nın prezidenti səlahiyyətlərinin icrası birinci vitse-prezident Arif Həşimova həvalə olunsun. Əgər hansısa fövqəladə, növbədənkənar hal olmasa, Ümumi yığıncaq aprelin sonunda keçiriləcək. AMEA-nın növbədənkənar Ümumi yığıncağının keçirilməsi ilə bağlı da hazırda elə bir iradə yoxdur. Adi qaydada işimiz davam edəcəksə, aprel ayının sonunda Ümumi yığıncaq keçiriləcək”.

Xatırladaq ki, AMEA-nın bu gün keçirilən Ümumi yığıncağında Ramiz Mehdiyevin Akademiyanın prezidenti vəzifəsindən istefası barədə ərizəsi qəbul edilib, bu vəzifənin icrası birinci vitse-prezident Arif Həşimova həvalə olunub.