Daxili İşlər Nazirliyi (DİN) Milli Məclisin deputatı Tahir Kərimlinin ölümlə hədələnməsi barədə iddialarına münasibət bildirib.

DİN Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev "Kanal14.az"a bildirib ki, millət vəkili Tahir Kərimli tərəfindən daxili işlər orqanlarına şikayət xarakterli müraciət daxil olmayıb.

Qeyd edək ki, Tahir Kərimli sosial şəbəkədə yaydığı videosunda ölümlə hədələndiyini bildirib.