"Rusiya prezidenti Vladimir Putin ABŞ və Avropa üzərində geosiyasi qələbə qazanıb".

"Kanal14.az" xəbər verir ki, bu barədə Böyük Britaniyanın "The Telegraph" qəzeti yazıb. 

Nəşrin məlumatına görə, avropalı "aktyorlar" Moskvaya qarşı birgə hərəkət etməkdən imtina ediblər, ABŞ isə döyüşkən ritorika ilə məhdudlaşıb. 

"O, müttəfiqlərinin onun üçün nə qədər az şey etməyə hazır olduğunu gördü", - məqalədə deyilir.

Qəzet Ukraynanın NATO-ya üzv olma ehtimalının az olması və "Şimal axını 2”nin Avropaya qaz tədarük etməyə hazır olması səbəbindən Rusiyanın qalib gəldiyini yazır.