Ukrayna Prezidenti Volodimir Zelenski 16 fevral-Birlik Günü münasibətilə xalqa müraciət edib.

"Kanal14.az" xarici mətbuata istinadən xəbər verir ki, canlı yayımla ictimaiyyətə səslənən dövlət başçısı bu günün əhəmiyyətindən danışıb.

"Bu gün vacib bir gündür - hamımızın Birlik Günüdür. Biz yaşımıza, cinsimizə, haradan olmağımıza, peşəmizə görə fərqlənirik. Amma bizi bir arzu birləşdirir: sülh içində, xoşbəxt yaşamaq arzusu. Bizim buna tam haqqımız var. Çünki biz öz evimizdə, Ukraynadayıq. Və heç kim evimizi bizim sevdiyimiz qədər sevməyəcək. Yalnız biz, birlikdə olsaq, evimizi qoruya bilərik. Birlik günün mübarək, Ukayna!”, - Volodimir Zelenski bildirib.