Hondurasın keçmiş prezidenti, səlahiyyət müddəti yanvarın 27-də başa çatan Xuan Orlando Hernandez saxlanılıb.

"Kanal14.az"  xarici  KİV-ə  istinadən xəbər verir ki, ABŞ-ın narkotik və silah qaçaqmalçılığı ittihamı ilə ekstradisiya etmək istədiyi Xuan Orlando Hernandez, Ali Məhkəmənin qərarından sonra paytaxt Tequsiqalpadakı evində polisə təslim olub.

 Hernandez sorğu-sual olunmaq üçün polis bölməsinə aparılıb.

ABŞ-ın Tequsiqalpadakı səfirliyi Hernandezin Kolumbiya və Venesuela vasitəsilə ABŞ-a tonlarla kokain göndərdiyini və onun ekstradisiya edilməsinin vacibliyini vurğulayıb.

Honduras Xarici İşlər Nazirliyinin rəsmiləri bildiriblər ki, ABŞ səfirliyi bir siyasətçinin həbsini tələb edib və sorğu Honduras Ali Məhkəməsinə göndərilib.