Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Dövlət Gömrük Komitəsinin 30 illik yubileyi münasibətilə yubiley medalı ilə təltif olunub.

"Kanal14.az"ın məlumatına görə, ona Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyevin müvafiq əmrilə  "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 30 illiyi (1992-2022)” Azərbaycan Respublikasının yubiley medalı verilib.

Medal DGK-nin Qərb Ərazi Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Telman Mehdiyev tərəfindən təqdim edilib. Niyazi Bayramov Azərbaycan gömrüyünün yaranmasının 30 illik yubileyi münasibətilə bu sahədə çalışanların peşə bayramını təbrik edib və işlərində uğurlar arzulayıb.