"Kanal14.az" London təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 49 yaşlı mütəxəssisin testi pozitiv çıxıb.

Almaniyalı baş məşqçi karantinə alınıb. Tuxelin növbəti həftəsonu Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidə komandaya qoşulacağı gözlənilir.

Qeyd edək ki, Tomas Tuxel 2021-ci ilin yanvarında "Çelsi"nin baş məşqçisi təyin edilib.