İdman

“Çelsi” yeni futbolçu transfer edib

İngiltərənin "Çelsi” klubu növbəti transferini rəsmiləşdirib.

 

Kanal14.az Apasport.az saytının məlumatına əsasən bildirir ki, London təmsilçisi braziliyalı müdafiəçi Tyaqo Silva ilə müqavilə bağlayıb.

 

Cənubi amerikalı ilə anlaşma 1+1 il müddətinə imzalanıb. 2012-ci ildən Fransanın PSJ klubunda çıxış edən Tyaqo yeni komandasına azad agent kimi keçib. Bir gün öncə Paris təmsilçisi müqaviləsi başa çatan futbolçu ilə vidalaşdığını açıqlayıb.

 

Qeyd edək ki, Silva PSJ-yə "Milan”dan 42 milyon avroya keçmişdi.