Gündəm / Təhsil

Bu təhsil müəssisəsində narazılıq...

Bu təhsil müəssisəsində narazılıq...

"DogruXeber.az"a yenicə daxil olan məlumata görə İlyas əfəndiyev adına elitar gimnaziyada çalışan bir neçə müəllim "covid-19" virusuna yoluxub. Məhz bu səbəbdən də bir neçə gündür ki, məktəbə gəlmirlər. Lakin, məlumatda o da qeyd edilir ki, sözügedən təhsil müəssisəsinin direktoru bu barədə Təhsil Nazirliyinə məlumat verib, lazımi tədbirlər görülməsini tələb etmək yerinə, müəllimləri işlərinin başında olmağa məcbur edir.

Bir təhsil müəssisəsində bir neçə müəllimin virusa yoluxması, artıq həmin müəssisədə virusun yayılmasının aşkar göstəricisidir. Odur ki, həmin müəssisədə dərslərin "online" üsulla keçirilməsinə zərurət yarandığını düşünürük.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az