Gəncədə avara və dilənçiliklə məşğul olan 22 nəfər saxlanılıb.

Bu barədə "Kanal14.az"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Nizami (Gəncə) Rayon Polis İdarəsi əməkdaşları tərəfindən şəhər ərazisində avara və dilənçiliklə məşğul olan 22 nəfər, o cümlədən 4 kişi, 11 qadın və 7 azyaşlı saxlanılıb.

Onlarla profilaktiki söhbətlər aparılıb, xəbərdarlıq edildikdən sonra yaşadıqları rayona göndəriliblər.