Azərbaycan prezidenti İlham Əliyev 2 fevral gənclərlə söhbəti zamanı amerikalı milyarder Corc Sorosu, dünyanın əsas oyunçularını, eləcə də Ermənistanın baş naziri Nikol Paşinyanı tənqid edib.

"Kanal14.az" xəbər verir ki, ölkə başçısının çıxışı zamanı Paşinyan və Sororu haqlı olaraq 2 başlı "əjdaha"ya bənzətməsi sosial şəbəkənin, həmçinin KİV-nin erməni seqmentində Paşinyana qarşı qəzəb yaradıb. 

Məşhur erməni saytlarından biri qeyd edib ki, Paşinyan Azərbaycan və Türkiyə prezidentlərinin siyasətini dəstəkləyir. 

Bildirək ki, ölkə başçısı çıxışı zamanı Soros və Paşinyanın birgə yeni planlar qurduqlarını da əlavə edib:

"İnternetdə məşhur bir foto var: Soros və Nikol Paşinyan. Görün onlar bir-birinin yanında necə səmimidirlər. Onlar ikibaşlı əjdahaya bənzəyirlər. Lakin məlum oldu ki, "Əjdaha" zəif idi, həqiqət budur ki, bütün qondarma "inqilabların" arxasında eyni qüvvələr dayanır. Hər kəs inqilabların nəyə gətirib çıxardığını görür, o cümlədən Ermənistanda", - deyə Azərbaycan prezidenti yekunlaşdırıb.