kanal14.az
kanal14.az

Soros Bakı və Ankaradan “qisas” alır - GƏLİŞMƏ

Soros Bakı və Ankaradan “qisas” alır - GƏLİŞMƏ
22-04-2021, 17:09 106 dəfə baxılıb

Soros Bakı və Ankaradan
Kanal14.az: - Ötən gün AŞPA-da maliyyələşdirdiyi deputatlar vasitəsilə ölkəmizi hədəfə gətirmək cəhdi Soros Fondunun Azərbaycana qarşı qərəzli mövqeyinin növbəti təzahürüdür.

Bu sözləri Axar.az-a Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli deyib.

Politoloqun sözlərinə görə, erməni lobbisi və onun əlaltılarının antiazərbaycan və antitürkiyə fəaliyyəti Sorosun maraqları ilə uzlaşır:

"44 günlük müharibə zamanı əldə edilən tarixi qələbəmizi həzm edə bilməyənlərdən biri də Soros Fondunun yaradıcısı Corc Sorosdur. Paşinyanın əsas himayədarı elə Sorosdur. Xüsusilə biz bunu Fondun Ermənistan hakimiyyəti ilə əlaqələri, erməni lobbisi və onun əlaltılarının antiazərbaycan və antitürkiyə fəaliyyətlərində görə bilərik.

İndiki halda Sorosun antiazərbaycan və antitürkiyə fəaliyyətlərini anlamaq olar. Məsələ ondadır ki, 44 günlük müharibə zamanı həm Azərbaycan, həm də Türkiyə Sorosun məkrli planlarına ciddi zərbə vurdu. Belə ki, Soros nə Azərbaycanın erməni təxribatlarına müharibə ilə cavab verəcəyini, nə də Türkiyənin bu müharibədə Azərbaycana dəstək verəcəyini hesablamışdı. Sorosun məqsədi Paşinyanın prestijini artıraraq bütövlükdə Ermənistanı Qərbə inteqrasiya etmək idi. Bunun üçün isə Tovuz təxribatı törədildi. Lakin rəsmi Bakı Ermənistanın bu təxribatlarına 44 günlük müharibə ilə layiqli cavab verdi.

İndi isə Soros planlarını məhv edən Türkiyə və Azərbaycandan hər vəchlə "intiqam almağa” çalışır. Ötən gün AŞPA-da maliyyələşdirdiyi deputatlar vasitəsilə ölkəmizi hədəfə gətirmək cəhdi də bunu təsdiqləyir”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA