Polis helikopteri qəzaya uğradı - Yaralılar var
Nigeriyanın Bauçi əyalətində polisləri daşıyan helikopter qəzaya uğrayıb.
"Kanal14.az" xəbər verir ki, qəza nəticəsində 6 nəfər xəsarət alıb.
Nigeriya Hava Məkanı İdarəetmə Agentliyindən verilən açıqlamada paytaxt Abucadan havaya qalxan polis helikopterinin pis hava şəraiti səbəbindən qəzaya uğradığı bildirilib.
Qəza zamanı ölən olmadığı, helikopterdə olan 6 polis əməkdaşının hər birinin yaralandığı qeyd olunub.