Gündəm / Cəmiyyət / Sosial / Təhsil

Azərbaycanda məktəbdə biabırçılıq: Şagirdlər müəllimin “başına çıxır”

Azərbaycanda məktəbdə biabırçılıq: Şagirdlər müəllimin

Azərbaycanda məktəblərdən birində lentə alınan görüntülər sosial şəbəkələrdə hiddətə səbəb olub.

"Kanal14.az" xəbər verir ki, videonun hansı təhsil müəssisəsində çəkildiyi məlum deyil. Təəssüf doğuran məqamlar isə şagirdlərin sinif otağında olan müəllimi görməzdən gəlməsidir.

Orta məktəblərin birində şagirdlərin müəllimə qarşı hörmətsizlik edərək ayaqlarını partaların üstünə qaldırması və digər xoşagəlməz hərəkətlərə yol verməsi birmənalı qarşılanmayıb.

Uşaqların bu cür davranışlara yol verməsi kimin günahıdır: ailənin yoxsa təhsil müəssisəsinin?

Məsələ ilə bağlı Təhsil Nazirliyinə sorğu ünvanladıq. Nazirlikdən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, görüntülərin Azərbaycan məktəblərindən hansısa birində çəkilməsi məsələsi hələ ki, öz təsdiqini tapmayıb:

"Lakin bütün hallarda Təhsil Nazirliyi tərəfindən məsələ ilə bağlı araşdırma aparılır”.