Gündəm / Hadisə / Dünya / Mədəniyyət
11:18 / 24.01.2022
87

Fatma Girik vəfat etdi

Fatma Girik vəfat etdi

Türkiyəli məşhur aktrisa Fatma Girik dünyasını dəyişib.

"Kanal14.az" xəbər verir ki, döş qəfəsi infeksiyasına yoluxduğu üçün 5 gün xəstəxanada müalicə olunan 79 yaşlı aktrisanın həyatını xilas etmək mümkün olmayıb.

Bildirək ki, Fatma Girik bir neçə il əvvəl bud və beynindən əməliyyat olunub.

Həmin əməliyyatdan sonra onun səhhətində ciddi problemlər yaranıb. Fatma buna görə illərdir yaşadığı Bodrumdan İstanbula qayıdıb və müalicələr alıb.