Gündəm

70 illik cütlüyü ölüm belə ayıra bilmədi — Foto

http://olke.az/uploads/1548444423/cut.jpg
Türkiyənin Ordu əyalətinin Ünye qəsəbəsində baş verən hadisə gündəmə çevrilib.

"Kanal14.az” "Posta”ya istinadən xəbər verir ki, Ünye sakinləri, 70 illik evli cütlük 94 yaşlı Fatma Ekiz və 93 yaşlı Ali Ekiz bir gün ara ilə həyatını itirib.

Belə ki, bədxassəli ağciyər şişi və ağır infeksiyon qrip diaqnozu ilə xəstəxanaya yerləşdirilən Fatma gecə radələrində dünyasını dəyişib. Həyat yoldaşının ölüm xəbərindən halı pisləşən Ali da səhər radələrində xəstəxanaya çatdırılıb. Həkimlərin müdaxiləsinə baxmayaraq xəstə ürək tutmasından vəfat edib.

Hər iki yaşlının cənazəsi eyni vaxtda ailə qəbiristanlığında yan-yana basdırılıb.

 

Qeyd edək ki, 70 ildir evli olan Fatma və Ali Ekizin 3 övladı var.