Gündəm / Siyasət

Azərbaycanın YUNESKO-dakı nümayəndəliyi Hacı Zeynalabdin Tağıyevlə bağlı paylaşım edib

Azərbaycanın YUNESKO-dakı nümayəndəliyi Hacı Zeynalabdin Tağıyevlə bağlı paylaşım edib

Kanal14.az: - "Bugünlərdə Bakıda Azərbaycanın tanınmış xeyriyyəçisi, ilk dünyəvi məktəbin banisi Hacı Zeynalabdin Tağıyevin heykəlinin açılışı olub.

Gələn il biz YUNESKO-da onun anadan olmasının 200 illik yubileyini qeyd edəcəyik”.

Bu fikirlər Azərbaycan Respublikasının YUNESKO yanında daimi nümayəndəliyinin tviter hesabında qeyd edilib

Xatırladaq ki, xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin yubileyləri YUNESKO-nun yubileylər proqramına daxil edilib. Bu barədə qərar YUNESKO-nun ötən ilin 9-24 noyabr tarixlərində Fransanın paytaxtı Parisdə keçirilmiş Baş Konfransında qəbul olunub.