Gündəm

Üç ölkənin hərbi təyyarələri səmaya qalxdı - Rusiya cilovlanacaq...

Üç ölkənin hərbi təyyarələri səmaya qalxdı - Rusiya cilovlanacaq...
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

İngiltərə, ABŞ və Fransa təyyarələri Şimal dənizində hərbi uçuşlar keçirməklə Rusiyaya güc nümayiş etdirib.

Hərbi manevrlərdə F-16-larla yanaşı F-35B model təyyarələr də iştirak edib.

Manevrlərə 40-dan çox təyyarə qatılıb. Təlimlərin böyük hissəsi İngiltərə hava məkanında baş tutub.

Hərbi təlimin məqsədi Şimal dənizində Rusiyanın təhdid hesab olunan hərəkətlərini cilovlamaqdır.

Qeyd edək ki, Fransa hərbi təyyarələri bu cür təlimlərə ilk dəfə qatılır.

"Biz şəraitin dəyişdiyinin fərqindəyik. Rusiyanın beynəlxalq qaydalara meydan oxuduğunu görə bilirik”- deyə İngiltərə hərbi hava qüvvələrinin rəsmisi Jez Attridge bəyan edib. O əlavə edib ki, keçirilən hərbi təlimlər təhlükəsizliyin gücləndirilməsinə xidmət edir.

Bəzi ekspertlər isə hesab edir ki, ABŞ, Fransa və İngiltərənin Şimal dənizində hərbi uçuşları Qara dənizdə Rusiya və Ukrayna arasında yaşanan gərginliklə əlaqəlidir.Teleqraf.com