Gündəm / Siyasət / Hadisə / Dünya

Silahlı şəxslər Almatıda iki böyük xəstəxananı mühasirəyə alıblar

Silahlı şəxslər Almatıda iki böyük xəstəxananı mühasirəyə alıblar

Qazaxıstanın dövlət telekanalının yaydığı xəbərə görə, silahlı şəxslər Almatıda iki böyük xəstəxananı mühasirəyə alıb, xəstələri və həkimləri oraya buraxmır, insanların həyatını təhlükəyə atır .

"Kanal14.az"  "Ria.ru”ya istinadən  xəbər verir ki, bu gün səhər saatlarında odlu silahlarla silahlanmış şəxslər Almatıda 1 və 7 nömrəli iki böyük klinik xəstəxananı mühasirəyə alıblar.

"Almatı komendantlığının məlumatına görə, silahı dəstə xəstələri, həkimləri və tibb işçilərini xəstəxanalara buraxmır, bununla da mülki şəxslərin həyat və sağlamlığına təhlükə yaradırlar” – məlumatda bildirilib.