Gündəm / Hadisə

Bakıda mənzildən 61 yaşlı kişi meyiti tapıldı

Bakıda mənzildən 61 yaşlı kişi meyiti tapıldı

 

 
 

Kanal14.az: - Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən 22 halda yanğına çıxış və dörd halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

FHN-in mətbuat xidmətindən  bildirilib ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınlar operativ qaydada söndürülüb, insanların həyatı xilas olunub. Sutka ərzində FHN-in qüvvələri tərəfindən biri azyaşlı olmaqla üç nəfər xilas edilib, həmçinin Bakı şəhərinin Nərimanov rayonunda 1960-cı il təvəllüdlü Şahbala Allahverdi oğlu Yolçuyevin cəsədi bağlı qapı arxasında aşkarlanaraq aidiyyəti üzrə təhvil verilib.

 

Nazirlik əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.//axar.az