Gündəm

"Canımızı Baş həkim Könül Abbasovanın əlindən qurtarın " deyən işçilərdən daha biri şikayətləndi. !!!













 

 

Doğrudanda deyilənə görə "Arxası möhkəm" olan Baş həkim Könül Abbasovadan şikayət edənlərin sayı, get -gedə artmaqdadır. Qanunlarla idarə olunan Respublikamız Azərbaycanda inanırıq ki, mütləq şikayətçilərin səsinə səs verən olacaqdır. 
Şirvan şəhər Əlillərin Bərpa Mərkəzini öz şəxsi "Ofisi " kimi hesab edən baş həkim K.Ababsovadan, həmin Mərkəzdə 11 ildir ki işləyən Fərəcov Sabir Mətləb oğlu şikayətləndi. işçilər, təkcə K.Abbasovanın bu özbaşınalığını ictimailəşdirməklə kifayətlənməyib, aidiyyatı qurumlara, başda Cənab Prezidentimiz Ilham Əliyev olmaqla bütün güc strukturlarına K.Abbasovadan şikayət etdikləri bildirildi. 
Sözü gedən Mərkəzdə 11 ildir canını qoyan Sabir Fərəcov bizə bildirdi ki, xeyli işçini səbəbsiz işdən azad edən Şirvan şəhər Əlillərin Bərpa Mərkəzinin Baş Həkimi Könül Abbasova, onların yerini öz şəxsi mənafeyi naminə doldurdu. !
Bununla da kifayətlənməyib, gözü doymayan K.Abbasova, bu yaxınlarda hansısa bir maraqlar xatirinə daha bir şəxsi işə götürməyilə bağlı məni otağına çağırıb, işlədiyim "Oklad " ın 0.25 % ni məndən tələb etdi. 
Baş həkimdən bunun səbəbini soruşan Sabir Fərəcova, K.Abbasova söyləyib ki, Mərkəzə yeni işçi götürürəm və yer olmadığından sizin 0.25% "Oklad"dan tutmalıyam. !
Uzun illərini Əlillərin Bərpa Mərkəzinə həsr edən Sabir Fərəcov bunuda qeyd etdi ki, baş həkim Könül Abbasova mənə bildirdi ki, "Bu Cənab Nazirin özünün əmridir ki, yayda Mərkəzin "Kotelni " sində çalışan işçilər mənə lazım deyil, onların 0.25% " Oklad " nı al və kimə istəyirsən ver.."
Sabir Fərəcov daha sonra işçi yoldaşlarının baş həkim Abbasova tərəfindən şərəf ləyaqəti alcaldılaraq təhqir edildiklərini təsdiqlədi. 
Əziz oxucular! 
Inanırıq ki, bu qədər haqqında şikayətləri olan Könül Abbasova barəsində tezliklə bir tədbir görüləcəkdir.

Qarşı tərəfin mövqeyin dinləyib dərc etməyə hazırıq:
DogruXeber.az