Gündəm

Baş həkim Könül Abbasovanın daha bir iyrənc sifəti üzə çıxdı !!!

Baş həkim Könül Abbasovanın daha bir iyrənc sifəti üzə çıxdı !!!







(Audio yazı olaraq sizlərə təqdim edirik ). 

Əziz oxucular! 

Ötən günlərdə DogruXeber. az informasiya agentliyinin, Şirvan şəhər Əlillərin Bərpa Mərkəzinin baş həkimi Könül Abbasovadan şikayətçi olan, Mərkəzin bir neçə işçilərinin xahişi ilə çəkib işıqlandırdığı şikayətlərinin şahidi olmuşdunuz. Həmin şikayətlərdə Könül Abbasovanın karrupsiya və rüşvətxorluq faktları, bunula yanaşı baş həkimin işçilərə qarşı şərəf və ləyaqəti alçaldıcı sözlər yer alırdı . Bütün bu olanlardan nəticə çıxarmayan baş Həkim Könül Abbasova, yenə də öz şər- böhtan dolu çıxışları və özbaşınalıqlarıyla ölkədə rekord qırmaq həddinə çatıb. 
Belə ki, DogruXeber. az informasiya agentliyi olaraq, bizə daxil olan məktubları nəzərə alaraq bir başa Şirvan şəhərinə şikayətçilərin görüşünə getdiyimizdə ,həmin şikayətçilərin baş həkim Könül Abbasovanın əlindən cana doyduqlarını və o cümlədən baş həkim tərəfindən həyatlarının təhlükə altında olduqlarını öz dillərindən eşitdik. 
Məsələylə bağlı qarşı tərəfin mövqeyini öyrənmək məqsədiylə Şirvan şəhərində yerləşən Əlillərin Regional Bərpa Mərkəzinin baş həkimi ilə görüşmək qərarına gəldik. Bu barədə biz sizlərə müəyyən qədər məlumat vermişdik. 
Əziz oxucular!

İndi sizə verəcəyimiz məlumatda, yenə həmişəki kimi özbaşınalığı və hegemonluğu ilə gündəmdən düşməyən Könül Abbasovanın bəzi özünəməxsus iyrənc sifətlərini əsaslı materiallar ilə tanış edəcəyik. 
Baş həkimlə görüşümüz zamanı katibə otağında masanın üstündə adlar yazılmış siyahıya rast gəldik. Bu siyahıda yer almış adların qarşısında bəzilərində plyus (+), bəzilərində isə minus (-) işarələrini gördük. Həmin siyahının nə olduğunu soruşduqda, bizə bildirildi ki, bu siyahı "Bayram pulları " nın baş həkim Könül Abbasovaya verilməsi ilə bağlı olan bir siyahıdır. Kimlər ki, Bayram pullarını baş həkimə verib qarşısında (+) işarəsi, bayram pullarını verməyənlərin isə adının qarşısında isə (-) işarəsi vardır deyə söylənildi.
Bu rüşvətxorluq rəzilliyin səbəbini baş həkimdən görüşümüz zamanı soruşduqda, Könül Abbasova özünəməxsus yüksək səs tembrilə bizə bildirdi ki, "Bəli bu doğrudur. Bayram pulları mənə çatır. Çünki, işçilərin dədələrinə borcum yoxdur ki, mərkəzdə onlar üçün bu şəraiti yaratmışam".
(Əziz oxucularımız, qeyd etdiklərimizin hər biri əsaslı faktlarla yazılır).

Könül Abbasova bu sözündən sonra bizə acıqlı formada bildirdi ki, "Gedin hara istəyirsiz verin. Məni bu vəzifəyə layiq bilib baş həkim təyin ediblərsə, məndə yaxşı bilirəm ki, necə etmək lazımdır".
(Bu size təqdim edəcəyimiz səs yazısında da müəyyən qədər öz dilindən söylənilir. )
Daha sonra Könül Abbasova, şikayətçi olan 6 nəfəri işdən çıxaracağını bildirdi. Belə ki, haqqının tələbinə qalxan Vidadi Paşayevi artıq Könül Abbasova işdən azad etdi. Indi növbə digər 5 nəfərdən birinindir. 
Şikayətçilərdən söz düşmüşkən bunu da nəzərinizə çatdırmaq istəyirik ki, Könül Abbasovadan şikayətçi olan işçilərin içərisində, baş həkimin əlindən cana gəldiyini odlu alovlu çıxışıyla bizim həmkarımıza müsahibəsində bildirən şikayətçi, bir neçə gün sonra digər sayta müsahibəsində, guya baş həkimə qarşı səhv etdiyini, bir neçə şəxsin təsiri altına düşərək Könül Abbasovadan şikayətçi olduğunu bildirmişdi. 

Biz, DogruXeber.az olaraq bununda həqiqətə uyğun olub olmadığını araşdırmağa başladığımız zaman həmin şikayətçinin öz dilindən eşitdik ki, sən demə hamını günahlandıran, lakin təkcə özü "Tər -təmiz " olan baş həkim Könül Abbasova həmin şikayətçinin özünə təzyiqlər edərək işdən çıxaracağı ilə hədələmiş, hətta şikayətçinin anasının yanına gedərək , oğlunun onun haqqında verdiyi şikayət dolu müsahibəsini geri götürməsini tələb etmişdir. Üstəlik baş həkim həmin şikayətçinin yenidən müsahibə verərək şikayətini geri götürdüyü təqdirdə, ona vəzifəsinin artacağı ilə mükafatlandırma vədini vermişdi. Beləliklə Könül Abbasova yenə özünəməxsus hədə -qorxusuyla öz istəyinə dırnaq arası nail ola bilmişdi. 
Bu barədə də əlimizdə əsaslı faktlar vardır ki, Könül Abbasova təzyiq və psixoloji təsir göstərərək, "sudan quru " çıxmağa can atır. Lakin, bu heç də onun düşündüyü kimi olmayacaqdır. Qanunlarla idarə olunan Dövlətimizin Prezidentinin bu cür neqativ hallarla bağlı bir çox tapşırıq və tövsiyyələri vardır ki, buda Könül Abbasova kimi şəxslərin cəzalanmasına birmənalı şəkildə göstəriş verir. !!!
Gelin keçək Könül Abbasovanın bizim ilə yarım saxladığımız söhbətinə !!!
Baş həkim bizim ilə söhbət zamanı vurğuladı ki, "Mən bura Bərpa Mərkəzinə Keçmiş Nazir Səlim Müslümün tərifindən baş həkim təyin olunanda, Şirvan şəhər Icra hakimiyyətinin başçısı Mərdan Camalov məndən 50 min manat pul istədi ki, burda qalıb işləyə bilim .Həmin pulu Icra hakimiyyəti başçısına vermədiyim üçün, mənə qarşı "Qarayaxma kompaniyasına " start verilib. "
Hörmətli oxucularımız !
Könül Abbasova bir şeydən xəbərsizdir ki uzun illərdir Şirvan şəhərinə başçılıq edən Cənab Mərdan Camalov Ölkəmizin başçısı Prezidentimiz Cənab İlham Əliyevin etimadını qazanmış bir rəhbərdir. Bununla yanaşı Prezident Cənab İlham Əliyevin dəfələrlə rüşvətxorluq və karrupsiya qarşı etdiyi çıxışların bariz nümunəsi olaraq Şirvan şəhər İcra hakimiyyəti Cənab Mərdan Camalovun əməlinin təmiz olmasıdır ki, bu gün də Prezident İlham Əliyevin siyasətini dəstəkləyib onun tapşırıqlarını layiqincə yerinə yetirərək Şirvan şəhər əhalisinin xidmətindədir. Könül Abbasovanın bu böhranlı sözləri təkcə şəhərin başçısı Mərdan Camalovu yox, həmçinin Ölkə Rəhbərinin yürütdüyü siyasətinə bir ləkədir!

Könül Abbasovanın səs yazısında Mətbuata qarşı təhqirli ifadələri də yer almaqdadır . Dünyadan bixəbər olan baş həkimin görünür ki, öz çirkablı dünyası varmış. O hələ bilmirki, KİV ( Kütləvi informasiya vasitələri), Könül Abbasova kimi vəzifəsindən istifadə edərək vətəndaşların qanını içən, onları təhqir edən kəsləri üzə çıxarıb ictimaiyyətə çatdıran, və ən başlıcası ölkəmizin prezidenti Cənab İlham Əliyevə məlumatı anında yetirən hakimiyyətin 4- cü qolu mətbuatdır.!!!
Ölkə başçısının portiretini başı üstündən asaraq "Pərdələnən " baş həkim Könül Abbasovanın qanuna zidd və Prezident İlham Əliyevin siyasətinin əleyhinə olan əməlləri əsaslı faktlarla DogruXeber. azinformasiya agentliyi tərəfindən Mətbuat işçiləri olaraq üzə çıxarılmışdı. Bəzi Könül Abbasovaya yaxın olan sayt rəhbərləri aşağıda sizlərə təqdim edəcəyimiz Baş həkimin səs yazısından sonra bəlkə bir nəticə çıxarıb, onun kim olduğunu bir daha bizim tərifimizdən şahidi olacaqlar. . 

Üstəlik bunu da xüsusilə vurğulamaq istərdik ki, bir çox insanları şərləyən Könül Abbasova həmin səs yazısında DogruXeber. az olaraq bizimdə ünvanımıza böhtan danışaraq, guya ondan 500 manat pul istəmişik deyə bizi ləkələmişdir ..Halbuki, biz DogruXeber. az saytı olaraq hər zaman olduğu kimi haqqı tapdanmış vətəndaşlarımızın yanında olmuşuq. Qərəzsiz fəaliyyət göstəririk! 
Gördüyümüz hər bir işdə alnımız açıq, üzümüz isə ağdır. Biz sözün əsl mənasında dövlətə və dövlətçiliyə xidmət edirik! 
Sonda üzümüzü Könül Abbasovaya tutaraq söyləyirik ki , mətbuatı təhqir etməklə bizim nüfuza xələl gəlməz. .
Bizim apardığımız jurnalist araşdırmalarının nəticəsində bəzi vəzifəsindən sui istifadə edənlərin iyrənc əməllərini ictimaiyyət qarşısına çıxararaq daha da böyük nüfuza sahib oluruq. 
Əziz oxucular bütün bu qeyd etdiyimiz reallıqların sırasında, yuxarıda nəzərinizə çatdırdığımız ölkə 
prezidenti İlham Əliyevin etimadını qazanmış və onun səlahiyyətli nümayəndəsi olan Şirvan şəhər Icra hakimiyyətinin başçısı Mərdan Camalov haqqında Könül Abbasovanın xoşagəlməz sözlərini, audio yazı olaraq sizlərə bu yaxında təqdim edəcəyik..

Bizi izləməyi unutmayın !!!