Gündəm / Hadisə

Xaçmaz Mərkəzi Xəstəxanası uşaq ölümü ilə bağlı açıqlama verdi

Xaçmaz şəhər sakini 1996-cı il təvəllüdlü Veyisova Könül Nazim qızının doğuş zamanı körpəsi ölüb.

kanal14.az Trend-ə istinadən xəbər verir ki, Xaçmaz Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə körpənin cinsiyyəti qız olub.

 

Doğum şöbəsindən bildirilib ki, uşaq 2 kilo 300 qram çəkidə olub.

Hazırda hadisə yerində tibbi ekspertiza gedir, uşağın ölüm səbəbini onların rəyindən sonra demək mümkün olacaq.