kanal14.az
kanal14.az

Ronaldoya sərt tənqid: "Yuventus"u çətin vəziyyətdə qoydu"

4-09-2021, 16:15

Ronaldoya sərt tənqid:

Kanal14.az: - "Yuventus"un sabiq futbolçusu Alessio Takkinardi Turin klubundan ayrılaraq "Mançester Yunayted"ə keçən Kriştiano Ronaldonu tənqid edib.

Offsideplus xəbər verir ki, o, bununla bağlı deyib: "Ronaldo fərqli şəkildə getməli idi. Alleqri "Empoli" ilə oyundan əvvəl komandaya təlimat verərkən Ronaldo şəxsi təyyarəsndə uçurdu. Azarkeşlərlə vidalaşacağı xüsusi bir mətbuat konfransı olacağını düşündüm. Onlar fərqli rəftara layiq idilər. Ronaldo "Yuventus"u çətin vəziyyətə saldı. Transfer pəncərəsinin bağlanmasına bir neçə gün qalmış, onu əvəzləyəcək futbolçunun tapmaq çətin olanda komandanı tərk etdi".

Xatırladaq ki, Kriştiano Ronaldo "Mançester Yunayted" klubu ilə 2+1 illik müqavilə imzalayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA