İdman

Ronaldo Mançesterdə otel tikdirəcək - Fotolar

Ronaldo Mançesterdə otel tikdirəcək

İtaliyanın "Yuventus” klubunun və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo Mançesterdə dördulduzlu otel tikdirəcək.Kanal14.az bildirir ki, bu barədə "Daily Mail” yazıb. Bildirilir ki, şəhərin biznes mərkəzində inşa ediləcək otelin tikintisinə 30 milyon avrodan çox vəsait xərclənəcək. Obyektin açılışı 2023-cü ilə planlaşdırılır. Otel 151 otaqdan ibarət olacaq.  

Qeyd edək ki, Ronaldonun inşasını planlaşdırdığı otelin artıq ilk görüntüləri də yayılıb.