Gündəm / Sosial

Mollalar barlara gedərək, nəsihətlər verdilər

Mollalar barlara gedərək, nəsihətlər verdilər

 

Kanal14.az: - İstanbulda  barlarda insanların təəccübünə səbəb olan hadisə  qeydə alınıb.  

Bir  qrup molla  gecə saatlarında  şəhərin mərkəzi hissəsində yerləşən barlara girərək, sahibləri  ilə  söhbət  ediblər.  Belə  ki, mollalar  bar sahiblərinə içkinin haram olduğunu və  günah işlətdiklərini xatırladıblar.  

Bununla yanaşı,  axirətdən söhbət açan mollalar bunu xeyriyyə məqsədilə yerinə  yetirdiklərini dilə gətiriblər.