Dünya Bankının əczaçılıq sənayesində böyük bir böhranın yaşandığı Livana səhiyyə sahəsində istifadə etmək üçün 25 milyon dollar ayıracağı bildirilib.  

Kanal14.az Unikal.org-a istinadən  xəbər verir ki, Livan xəbər agentliyi "NNA"nın verdiyi məlumata görə, Livanın səhiyyə naziri Hamed Hasan paytaxt Beyrutda bələdiyyə başçılarının qatıldığı toplantıda  bununla bağlı  açıqlama yayıb.

Belə  ki,  Hasan toplantıda  "Dünya Bankı və beynəlxalq qurumların etibarını qazandıq. Xroniki xəstəliklərin müalicəsində istifadə edilən dərmanların alınması üçün 25 milyon dollar ayrılacaq",- deyə  bildirib.  

Səhiyyə naziri onu da qeyd edib  ki, sözügedən məbləğ 3 dövlət xəstəxanasının avadanlıqlarını əhatə edir.