Gündəm / Dünya

Ərdoğan müsəlman dünyasının lideridir, amma... - Taliban

Ərdoğan müsəlman dünyasının lideridir, amma... - Taliban

 

 

Ərdoğan müsəlman dünyası üçün vacib liderdir.

Kanal14.az Axar.az a istinadən xəbər verir ki, bunu Talibanın mətbuat katibi Zabiulla Mücahid deyib. Mücahid Türkiyənin Talibana yanaşmasını bəyənmədiklərini bildirib:

"Biz Türkiyəyə və onun xalqına düşmən münasibət bəsləmirik. Bizim ümumi dinimiz və tariximiz var. Bizim xalqlarımız bir-birlərini çox sevirlər. Biz Türkiyəyə qarşı deyilik, amma biz istəmirik ki, Türkiyə Əfqanıstanda NATO nümayəndəsi kimi iştirak etsin.

Diqqət edin ki, Qərbdə görüşdüyümüz ölkələrin çoxu bizə dövlət protokolu tətbiq edirlər. Lakin türk rəsmilər bizə şərti Suriya müxalif qruplaşması kimi yanaşırlar. Biz Türkiyə ilə müasibətləri onun Liviya hökuməti ilə münasibətlərinə bənzər formada inkişaf etdirməyə qarşı deyilik”.

Mücahid həmçinin müsəlman dünyasının vacib lideri saydıqları Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb, onu Əfqanıstandakı situasiya ilə bağlı xəbərdar etmək istədiklərini bildirib.