kanal14.az
kanal14.az

“Olimpiakos” – “Neftçi” matçının hakimləri açıqlandı

“Olimpiakos” – “Neftçi” matçının hakimləri açıqlandı
15-07-2021, 15:12 71 dəfə baxılıb

“Olimpiakos” – “Neftçi” matçının hakimləri açıqlandı

 

 

UEFA Çempionlar Liqasının 2-ci mərhələsində iyulun 21-i Bakı vaxtı ilə saat 23:00-da keçiriləcək "Olimpiakos” (Yunanıstan) – "Neftçi” matçının təyinatları açıqlanıb.

Kanal14.az "Qafqazinfo” ya istinadən xəbər verir ki, oyun Portuqaliyadan olan hakimlər briqadasına tapşırılıb.

 

Baş hakim Silva Pineyro Joao Pedro olacaq. Ona Pereyra Kosta Tiaqo Joze və Ferreyra Ribeyro Pedro Rikardo kömək edəcəklər. Dördüncü hakim funksiyasını Fernandes Korreyra Qustavo yerinə yetirəcək. UEFA nümayəndəsi Kremer Klaue (Lüksemburq), hakim-inspektor isə Çeferin Darko (Sloveniya) olacaq.

Bu komandalar arasında cavab matçı iyulun 28-i 8-ci km stadionunda keçiriləcək və saat 21:00 start götürəcək.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA