İdman

UEFA finaldakı qələbə qolunun müəllifini dəyişdirdi

UEFA finaldakı qələbə qolunun müəllifini dəyişdirdi

Avropa Liqasının final matçının protokolunda dəyişiklik olub. Kanal14.az "Qafqazinfo”a istinadən xəbər verir ki, UEFA "Sevilya" ilə "İnter" arasında keçirilən görüşün son qolunun müəllifini dəyişib.

Matçın 74-cü dəqiqəsində La Liqa klubunun futbolçusu Dieqo Karlosun baxımlı zərbəsindən sonra top belçikalı forvardın ayağına dəyərək qapıya daxil olub. Qitə futbol qurumu qolun müəllifi kimi braziliyalı müdafiəçini göstərsə də, sonradan bunu avtoqol kimi qeydə alıb.

 

Qol epizodda son olaraq ayağı topa toxunan Romelo Lukakunun aktivinə avtoqol kimi qeyd edilib.