Gündəm / Siyasət

“NATO Montre Konvensiyasından yan keçməyin yolunu tapdı və Qara dənizi heç vaxt tərk etməyəcək” - Ukrayna admiralı


Kanal14.az: - NATO gəmiləri Montre Konvensiyasını atlayaraq Qara dənizin sularında daimi olaraq qala bilərlər.

Ovqat.com xəbər verir ki, bunu Ukrayna Hərbi Dəniz Qüvvələri Baş Qərargah rəisinin keçmiş müavini Andrey Rıjenko bildirib.

Rıjenkonun fikrincə, sahildaş olmayan ölkələrin hərbi gəmiləri Qara dənizin sularında uzun müddət qala bilər, əslində indi də daima buradadırlar. "Eyni zamanda, Türkiyə heç bir şəkildə Şimali Atlantika İttifaqının bu cür hərəkətlərinə qarşı çıxmır, baxmayaraq ki, NATO-nun hərəkətlərinin Rusiya üçün çox problem yaratdığını yaxşı bilir”, - Rıjenko deyib.

"Artıq müşahidə edirik ki, əslində Qara dənizə sahili olmayan ölkələrin - NATO, ABŞ, Böyük Britaniyanın gəmilərinin növbə ilə Qara dənizdə mövcud olmasını təmin etmək üçün koordinasiyalı tədbirlərə əl atırlar. Məsələn "Laboon” esminetsi gəlir, Qara dənizə girir, tapşırıqları yerinə yetirir, NATO ölkələrinin digər gəmiləri ilə görüşür və üç həftəlik qalma müddəti tamamlanandan sonra buranı tərk edir. Ertəsi gün, məsələn, eyni təyinatlı "Ross” esminetsi Qara dənizə daxil olur”, - Rıjenko belə düşünür.

Rusiyalı mütəxəssislərin fikrincə, önümüzdəki illərdə vəziyyət daha da təhlükəli hal ala bilər, çünki İstanbul kanalının istismara verilməsi ilə Türkiyənin Montre Konvensiyasını NATO ölkələrinin lehinə dəyişdirmək imkanı doğacaq.

Qeyd edək ki, NATO-nun Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay da bu yaxınlarda Gürcüstanın "Birinci kanal"-a müsahibəsində Rusiyanın Qara dəniz donanmasının ingilis gəmisi "Defender”ə qarşı törətdiyi təxribatdan sonra Alyansın sözügedən su bölgəsini tərk etməyəcəyini bildirmişdi.