Gündəm / Hadisə

Ermənilər özləri basdırdıqları minaya düşdülər

Ermənilər özləri basdırdıqları minaya düşdülər

 

 
Kanal14.az: - Bu gün günorta saatlarında Xocavənd rayonunun Tağaverd yaşayış məntəqəsi yaxınlığında güclü partlayış baş verib.

Bu barədə sosial şəbəkələrin erməni seqmentində məlumat paylaşılıb. Bildirilib ki, 3 erməni özlərinin basdırdıqları minaya düşüb. Güclü partlayış nəticəsində 1 erməni yerindəcə ölüb. Ağır xəsarət alan digər 2 erməni isə təcili yardım maşını ilə Xankəndi şəhərindəki xəstəxanaya çatdırılıb.

Faktı bağlı araşdırma aparılır.