Paşinyan təkbaşına hökumət qura biləcək?
Kanal14.az: - Mülki Müqavilə Partiyası parlamentdə ən azı 71 mandata sahib olacaq.
Bu sözləri partiyanın sədri, Ermənistanın baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyan deyib.
"MSK-nın ilkin nəticələrinə görə, MMP 105 deputat yerindən ən azı 71-ni əldə edib və parlament çoxluğuna nail olub. Mənim rəhbərliyimlə yeni hökumət qurulacaq”, - Paşinyan vurğulayıb.
Ermənistan mediası isə dəqiq rəqəmləri paylaşıb. Bildirilib ki, yeni parlamentdə 102 deputat olacaq:
1. Mülki Müqavilə - 72 mandat
2. "Ermənistan” bloku (R.Köçəryan) – 27 mandat
3. "Şərəf Duyuram” bloku (S.Sərkisyan) – 6 mandat. //axar.az