Gündəm / Cəmiyyət / Sosial / Video

Şəki Dövlət Regional Kollecindəki rəzalət - VİDEO

Şəki Dövlət Regional Kollecindəki rəzalət - VİDEO

Dəyərli izləyicilər! Elektron poçtumuza bu günlərdə daxil olan video faktlar, səs qeydləri bir elm ocaqında baş verənlərin məntiqi sonluğu hansı zehniyyətə, hansı təfəkkürə malik olan bir ziyalının elə hansı səviyyədə olduğundan xəbər verir. Bəli düz eşidib düz oxudunuz. Öz işlədiyi, evinə çörək apardığı təhsil ocaqını belə aşağılayan, orda oxuyan tələbə kontiğentinə çoxda savadı olmayan, onların karyerasını şübhə altına alaraq perespektivsiz sayan bir ziyalı azərbaycan qadınının, bir pedaqoqun dedikləri elə öz müəllim kollektivinədə verdiyi qiymətin, dəyərin nəticəsidir.
Aqresiya nümayiş etdirmək, hikkə ilə özüdə ki, özündən razı halda təkəbburlü obrazda danışmaq, kimlərəsə ultimatum göndərmək bir azərbaycan müəlliməsinə yaraşan hal deyil. Belə müəllimələrdən tələbələr nə öyrənəcək? Belə pafosla danışmağın kökündə hansı çirkli məqsədlər dayanır?
Bəli söhbət Şəki Dövlət Regional Kollecinin pedaqoqu Azərbaycan tarixi fənnini tədris edən Səbinə müəllimənin burda mənəm Bağdadda kor xəlifə deyib heç bir əndazəyə sığmayan mesajlarından, heç kimi vecinə almamaq maraqından gedir.
Qəribədir! Səbinə müəllimə bu gücü hardan alır? Kimdir onu bu iddialı sərsəm fikirlərə vadar edən? Bəli bu aysberqin görünən hissəsidir.Kollecin rəhbərliyi niyə bu qədər ələ-ayağa düşüb? Nədir əndişə, həyəcan? Niyə Teymurçin müəllim pəsmüjdədir? Mütləq bu suallara aydınlıq gətirəcəyik. Tələbə Mehriban xanımın, valideyin olaraq Musayeva Ramilə xanımın timsalında neçə-neçə tələbə-valideyn kontigentinə verilmiş dəyərin pis nümunəsidir.
Son olaraq bizdə KİV RƏHBƏRİ, Xəbər portalının və Azerinfo.az-ın rəhbəri olaraq bu məsələni daim diqqət mərkəzində saxlayaraq jurnalist araşdırmalarımızı davam etdirəcəyik. Cənab prezident İlham Əliyevin dediyi kimi ictimai nəzarətin bir qolu olaraq belə neqativ halları daim işıqlandıraraq içtimailəşdirəcəyik. Öz ənənəmizə sadik qalaraq qarşı tərəfində mövqeyini öyrənməyə, dinləməyə və dərc etməyə hazırıq.